Yolu keçmək istəyən qadını maşın vurdu - Foto

yolu-kecmek-isteyen-qadini-masin-vurdu
Oxunma sayı: 1474

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Zülfi Hacıyev küçəsində Elnur Əsgərov “VAZ 2106” markalı minik avtomobillə yolu keçmək istəyən qadını vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev