“YouTube” ofisinə atəş açan qadın azərbaycanlı imiş - Video

youtube-ofisine-ates-acan-qadin-azerbaycanli-imis
Oxunma sayı: 12027

“YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nasim Aqdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsinin olmadığı bildirilir. 

Təklikdə hərəkət edən qadın 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının intihar etdiyi güman edilir. 

Yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, atışmaya səbəb məişət davası olub. 

Prezident Donald Tramp bütün zərərçəkənlərə dəstəyini ifadə edib. 

***

Cənubi Azərbaycandan olan Nasim Agdam adlı qadın YouTube-da blogger fəaliyyəti ilə məşğul olub. Qeyd edək ki, adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var.  Qadının atası İsmayıl Ağdam bildirib ki, qızı YouTube-un ona qarşı ayrı-seçkilik etdiyini, hesabına girişi əngəllədiyini iddia edərək şirkətə qarşı aqressiv mövqedə olub.