Yük avtomobilləri toqquşdu - Vətəndaşlar belə xilas edildi - Video

yuk-avtomobilleri-toqqusdu
Oxunma sayı: 526

Bakı-Ələt-Qazax magistral avtomobil yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes Atego” markalı yük avtomobilinin “Shacman” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. “Mercedes Atego” markalı yük avtomobilində vətəndaşlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə vətəndaşlar, 1972-ci il təvəllüdlü Məmmədov Namiq Xalid oğlu və 2000-ci il təvəllüdlü Babaşov Emil Ramiz oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.