Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü - Foto

yuk-masininin-tekeri-cixib-yol-kenarindaki-sexsi-oldurdu
Oxunma sayı: 6606

Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Araşdırma aparılır.