Yüksəkintellektli insanlar unutqan olurmuş

yuksekintellektli-insanlar-unutqan-olurmus
Oxunma sayı: 3289

Yaxşı yaddaşı olan insanlar lazımsız detalları xatırlamaya bilərlər. Ümumiyyətlə, unutqanlıq yüksək intellektin əlamətidir.

“Qafqazinfo” xəbər verir ki, Toronto Universitetinin alimləri bu qənaətə gəliblər.

Universitetin professoru Blake Richlandın rəhbərliyi ilə aparılan araşdırmaya görə, unutqanlıq yüksək intellektin əlamətidir. Unutqanlığın zehni gerilik və ya alzheimer xəstəliyi ilə heç bir əlaqəsi olmadığı bildirilib. Araşdırmanın nəticələri göstərib ki, həftələr əvvəl getdiyiniz bir restoranda yediyiniz yeməyin adını və ya digər hadisələri unutmusunuzsa, bunun səbəbi beyninizin bu məlumatı lazımsız hesab etməsidir.