Yunan azarkeşlər Cekoya qarşı maraqlı təzyiq üsulundan istifadə etdilər

yunan-azarkesler-cekoya-qarsi-maraqli-tezyiq-usulundan-istifade-etdiler
Oxunma sayı: 1793

“Fənərbaxça”nın hücumçusu Edin Ceko Konfrans Liqasının 1/4 final mərhələsinin “Olimpiakos”la ilk oyunundan sonra rəqib  azarkeşlərin təxribatına məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, Yunanistan klubunun azarkeşləri Cekonun “Restaurant EZZA” adlı restoranını nüfuzdan salmaq üçün kampaniya təşkil ediblər. 

Onlar məşhur səyahət saytı olan “TripAdvisor”da restoran haqqında mənfi rəylər yazıblar. 

Qeyd edək ki, “Georgios Karaiskakis” stadionunda keçirilən görüş “Olimpiakos”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Tərəflər arasında cavab görüşü aprelin 18-də İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.