Yuxusu ərşə çəkilənlərə...

yuxusu-erse-cekilenlere
Oxunma sayı: 5284

Dünyada ən çox yayılan xəstəlik məhz yuxusuzluqdur. Hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar nəticəsində sübut edilib ki, yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, yuxusuzluqla bağlı Qərbi Ontario Universitetinin bir qrup tədqiqatçısı bu qənaətə gəlib.

Məlum olub ki, 7-8 saatdan az yatmaq orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur.

Araşdırmaçılar yuxusuzluğun səbəblərini də (insomnia) sıralayıblar:

Vərdiş olunmamış yataq;

Səs-küy, havasız mühit;

Yatmazdan əvvəl kofein tərkibli qidalar qəbul etmək;

Axşam ağır və yağlı yeməklər yemək;

Sinir problemləri;

Stress;

Artıq çəki;

Depressiya;

Ağciyər və ürək xəstəlikləri