Zakir Həsənov Şoyqu ilə danışdı

zakir-hesenov-soyqu-ile-danisdi
Oxunma sayı: 4168

Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.