“Zakir Həsənovun süfrəsi çox zəngindir, artıq çəki almışıq” - Video

zakir-hesenovun-sufresi-cox-zengindir-artiq-ceki-almisiq
Oxunma sayı: 5757

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akarın Bakıda keçirilən birgə mətbuat konfransında maraqlı anlar yaşanıb.

“Qafqazinfo”nun xəbərinə görə, Hulusi Akar həmkarına üzünü tutaraq qeyd edib ki, hərbi əməliyyatlardan öncə və əməliyyatlar zamanı Bakıya tez-tez səfər etməsi səbəbindən çox çəki alıb:

“Bu çəkini hələ də verə bilmirik. Xəbəriniz olsun ki, Zakir Həsənovun süfrəsi çox zəngindir”.

Günel Türksoy