Zaqatalada ağır qəza, ərlə arvadı öldü

zaqatalada-agir-qeza-erle-arvadi-oldu
Oxunma sayı: 3340

Avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə “Opel” də olan sərnişinlər - 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

Məlumata görə, qəzada ölən Telman Mirzəbəyovla Sərcahan Musayeva ərlə arvad olublar.