Zaxarova Davosda keçirilən görüşü uğursuz adlandırdı

zaxarova-davosda-kecirilen-gorusu-ugursuz-adlandirdi
Oxunma sayı: 1887

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsveçrənin Davos şəhərində “Kopenhagen formatı”nda Ukrayna üzrə keçirilən dördüncü görüşü şərh edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, o, görüşün nəticələrini Kiyev və onun ev sahibləri üçün uğursuz adlandırıb.

Zaxarova qeyd edib ki, 2023-cü ilin oktyabrında Maltada keçirilən görüşlə müqayisədə iştirakçıların sayı 66-dan 82-yə yüksəlib: “Lakin bu rəqəm dialoqun keyfiyyətindən xəbər vermir. Ənənəvi olaraq Çin iştirakdan imtina etdi. Bir çox ölkələr aşağı səviyyədə və müşahidəçi qismində iştirak etdilər. Bu cür iştirakı tam hüquqlu adlandırmaq çətindir”.