Zəfər meydanında zəfər tonqalımız - Ramil Mehdiyev yazır...

zefer-meydaninda-zefer-tonqalimiz
Oxunma sayı: 1622

İctimai fəal Ramil Mehdiyev Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Xankəndi şəhərinin Zəfər meydanında tonqal yandırması ilə bağlı “Zəfər meydanında zəfər tonqalımız” adlı məqalə yazıb.

“Qafqazinfo” xəbər verir ki, məqalədə deyilir:

“Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir.

Torpaq çərşənbəsi həmişə digər çərşənbələrdən daha şux, daha yüksək əhvali-ruhiyyə ilə qeyd edilib.

Bunun da bir neçə səbəbi var.

Novruzdan əvvəl onun bərəkətlilik simvolu olan 4 çərşənbə qeyd edilir - Su, Od, Yel və ilaxır çərşənbə - Torpaq çərşənbəsi. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axır çərşənbə günü bayram süfrəsi açılır, tonqal qalanır, plov dəmlənir, səməni, xonça bəzədilir. İlaxır çərşənbənin qapı pusmaq, şam yandırmaq, bayramlaşmaq və bir çox adət-ənənələri var. Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər.

Torpaq çərşənbəsinin xüsusiyyətlərin qeyd etdikdən sonra tarixi bir xatırlatma yerinə düşər. Ərazi bütövlüyümüzün tam bərpasından sonra bu gün ilk torpaq çərşənbəmizdir. Torpaq çərşənbəsi günü azad olmuş torpağımızda - Xankəndidə Ali Baş Komandanın tonqal yandırması dostlar üçün isti ocaq, düşmənlər üçün isə vaxtı ikən separatçı yuvasına çevirdikləri ərazidə sonuncu təmizləmə mesajı idi.

Cənab Prezidentin bu addımı, eyni zamanda Xankəndidəki Zəfər meydanında zəfər tariximizə vurulan möhür idi.

Vətənimizin azad torpaqlarında torpaq çərşənbəmiz mübarək olsun!”