Zəfər yürüşünün ən təsirli anı... - Video

zefer-yurusunun-en-tesirli-ani
Oxunma sayı: 8024

Bakıda 8 Noyabr tarixində baş tutan Zəfər yürüşündə təsirli anlar yaşanıb.

“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkədə yayılan videodan görünür ki, ayağı zədələnən qazi yürüş zamanı kütlənin qarşısından keçir. Bu zaman vətəndaşlardan biri diz çökərək onun ayağından öpmək istəyir. Qazi isə buna imkan verməyərək o şəxsi ayağa qaldırır.

Həmin anın görüntüsü sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.