Kiyev meri Vitali Kliçko avqustun 9-dək məzuniyyətə buraxılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanı tərk edən merin hansı istiqamətdə uçduğu bilinmir.
Məlumata görə, Kliçko prezident Vladimir Zelenskinin razılığı ilə ölkədən gedib. Ehtimal edilir ki, Kiyev meri Tallin və ya Antalya istiqamətində yola düşüb.
Qeyd edək ki, Kliçko ilə Zelenski arasında münasibətlər gərgindir. Prezident meri istefaya göndərməyə çalışır. Kliçko bu səbəbdən Radikal Partiyadan olan Oleq Lyaşko ilə birləşib.
Son xəbərlər
Son Xəbərlər