Zelenski onunla nə danışıb? - Yenilənib

zelenski-onunla-ne-danisib
Oxunma sayı: 1573

Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak teleqram kanalında yazıb.

“Zelenski hazırda Trampla danışır”, - o qeyd edib.

A.Yermak daha ətraflı məlumat verməyib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla telefon danışığının detallarını açıqlayıb.

“Prezident Trampa Rusiyanın enerji sektorumuza zərbələri barədə məlumat verdim. Bizi dəstəklədiyinə görə ona minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız sazişləri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var” , - Ukrayna lideri yazıb.