Ukrayna Prezidenti Volodimir Zelenski Moldova lideri Maya Sandu ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında məlumat verib.
“Biz təhlükəsizlik məsələlərini, Moldova ərazisi üzrə ixracımızın genişləndirilməsini və sərhədyanı əməkdaşlığı, ölkələrimizin üzləşdiyi enerji problemlərini, o cümlədən, əlbəttə ki, Avropaya inteqrasiyanı müzakirə etdik”, - deyə Zelenski yazıb.
O, həmçinin Sanduya verdiyi dəstəyə görə təşəkkür edib.