Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq

zeyneb-xanlarovanin-nevesinin-toyu-olacaq
Oxunma sayı: 9670

SSRİ Xalq artisti Zeynəb Xanlarova nəvəsini evləndirir.

“Qafqazinfo” “Olay”a istinadən xəbər verir ki, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Xanlarovanın (Babayeva) toyu sentyabrın 28-i baş tutacaq.

“Gülüstan” sarayında keçiriləcək toyda siyasətçilər, iş adamları və müxtəlif sənət nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, sənətçinin nəvəsinə 2023-cü ildə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində vəzifə verilmişdi.