Azərbaycan kubokunun ilk finalçısı bəlli olub.
“Qafqazinfo”xəbər verir ki, “Zirə” həlledici qarşılaşmaya vəsiqə qazanıb.
İlk oyunda 2:0 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası cavab matçında “Turan Tovuz”la 0:0-lıq heç-heçəyə imza atıb.
Bununla da onlar finala adlayıb. “Zirə”nin rəqibinin adına isə “Sabah” - “Qarabağ” matçından sonra aydınlıq gələcək.
Son xəbərlər
Son Xəbərlər