“Zirə” “Kəpəz”ə qalib gəldi

zire-kepeze-qalib-geldi
Oxunma sayı: 2259

Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşmasında “Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda qələbəyə sevinib.

“Araz-Naxçıvan” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Səbail”ə qalib gəlib – 3:0. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları isə sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası
27-ci tur
16 mart

“Zirə” – “Kəpəz” 2:1
Qollar: Salifu Suma, 60. Qismət Alıyec, 77-pen – Martins Junior, 90+4.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.