“Zirə” “Qəbələ”ni məğlub etdi

zire-qebeleni-meglub-etdi
Oxunma sayı: 1318

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti oyun keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Zirə” doğma meydanda “Qəbələ”ni qəbul edib.

Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılan görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Rəhim Sadıxov, Rafael Utziq, Ceyhun Nuriyev və Fuad Bayramov vurublar.

Bu nəticədən sonra xallarını 45-ə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Qəbələ” isə 16 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.