“Zirə” “Səbail”lə bərabərə qaldı

zire-sebaille-berabere-qaldi
Oxunma sayı: 1838

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Zirə” “Səbail”i qəbul edib.

4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, günün ikinci matçında “Turan Tovuz” “Kəpəz”lə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da start götürəcək.

Tura 29-30 oktyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.

28 oktyabr (şənbə)

16:00. “Zirə” – “Səbail” - 2:2

Qollar: İssa Cibrilla, 19 (1:0), Pedro Nuno, 31 (1:1), 34 (1:2), Rüstəm Əhmədzadə, 78 (2:2)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Zirə İK stadionu