“Zoluşka”nın aktyoru vəfat etdi

zoluskanin-aktyoru-vefat-etdi
Oxunma sayı: 3100

Sovet və rus aktyoru Oleq Arlaxov 75 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nijni Novqorod Gənclər Teatrının mətbuat xidməti məlumat yayıb.

Ötən gün dünyasını dəyişən aktyorun ölüm səbəbi açıqlanmayıb.

O, “Balaca donqarlı at”da İvan, “Buratinonun sərgüzəştləri”ndə pişik Bazilio, “Zoluşka” və “Qar kraliçası” filmlərində kral, “Kapitanın qızı”nda Saveliç, “Qırmızı dərililərin lideri” filmində Bill rollarını oynayıb.