“Zorla dodağımdan öpdü...”

zorla-dodagimdan-opdu
Oxunma sayı: 6083

Maneken Şenay Akay haqda cinayət işi açılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqram çəkilişi əsnasında pulunun ödənilməsini istəyən manekenə proqram müdiri Altar Sarıoğlunun qollarını cırmaqladığı və təpik atdığı iddiası ilə cinayət işi açılıb.

Hadisə haqda danışan Akay “Zorla dodağımdan öpdü, daha sonra məni yumruqladı. Həqiqətən zərərçəkən, döyülən və təhqir edilən, təcavüzə uğrayan mənəm. Mən də ondan şikayətçiyəm”-, deyə bildirib.

İkinci dəfə ifadə verməyə çağırılan Akay gəlmədiyi üçün haqqında “polis gücü ilə gətirilmə” qərarı çıxarılıb. Könül