Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə etiraz edən Tbilisi sakinlərini dəstəkləyib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında yazıb.
O qeyd edib ki, xüsusi təyinatlılar su şırnaqları və qaz tapançaları ilə Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı keçirilən kütləvi dinc nümayişini hədəfə alıblar.
“Həbslər aparılır. Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək!”, - Zurabişvili vurğulayıb.