“ Beşiktaş” azarkeşləri Kuarejmaya hücum etdi

-besiktas-azarkesleri-kuarejmaya-hucum-etdi
Oxunma sayı: 667

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Beşiktaş” – “Gənclərbirliyi” matçında onları təhqir edən portuqaliyalı oyunçuya hücum etmək istəyən qəzəbli azarkeşlər stadionda insident yaradıblar. “Beşiktaş”ın məğlubiyyəti ilə bitən matçın 25-ci dəqiqəsində azarkeşlər "Qaç, ayağını uzat. Aldığın pulun haqqını ver"-deyə, Kuarejmaya müraciət ediblər. Azarkeşlərə əl iləqeyri-etik jest edən Kuarejma onları qəzəbləndirib. Eyni hadisə oyunun ikinci yarısında da təkrarlanıb. Oyundan sonra 15-ə yaxın “Beşiktaş”lı azarkeş Kuarejmanı hədəf seçərək soyunma otağına hücum edib. Təhlükəsizlik qüvvələri azarkeşləri stadiondan uzaqlaşdırıblar.
Qeyd edək ki, analoji hadisə ötən həftə baş tutan Sivasspor matçında yaşanmışdı. Həmin gün gözlənilən performansı nümayiş etdirməyən Kuarejma onu tənqid edən azarkeşlərə "Formamı verim, gəl, sən oyna"- deyə cavab vermişdi.
Ceyhun Əhmədov