Ermənistandakı aksiyada 31 nəfər saxlanıldı - Video - Yenilənib

ermenistandaki-aksiyada-31-nefer-saxlanildi
Oxunma sayı: 2462

Ermənistanda vətəndaşlar Azərbaycanla sərhədin delimitasiyasına etiraz əlaməti olaraq bir neçə bölgədə avtomobil yollarını bağlayıb. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, sakinlər İrəvan-Gümri avtomobil yolunu, Baqrataşendə Ermənistan-Gürcüstan yolunun bir hissəsini bağlayıblar.

Bununla yanaşı, paytaxt İrəvanda, eləcə də Tavuş, Ararat, Geqarkunik vilayətlərində də yollar bağlanıb.  

Sakinlər ölkənin Baş naziri Nikol Paşinyana qarşı şüarlar səsləndirir.

Polisin aksiya iştirakçılarını saxlamağa başladığı bildirilir.

***

Ermənistan polisinin məlumatına görə, ölkədə etiraz aksiyaları zamanı 31 nəfər saxlanılıb.

Bildirilir ki, onlardan 17-si İrəvanda, 12-si Noemberyanda, 2 nəfər isə Vedidə saxlanılıb.