“Ölkəmizə təzyiqlər hələ də mövcuddur”

olkemize-tezyiqler-hele-de-movcuddur
Oxunma sayı: 911

“Türk Dövlətləri Təşkilatı (TDT) bizim üçün mühüm təşkilatdır. Bu faktiki bizim təşkilatdır. TDT çərçivəsində əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas prioritetlərdən biridir. Bəlkə də bu gün əsas prioritetdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci İclasında bildirib.

“Təəssüflər olsun ki, bizim ölkəyə təzyiqlər hələ də mövcuddur. Bir çox qərb dövlətləri Azərbaycanın öz ərazilərini öz gücü ilə işğaldan azad etməsi ilə barışa bilmir. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin fəaliyyətini dayandırması, bizə qarşı qəbul olunan qətnamələr bunun bariz nümunəsidir.

Yeri gəlmişkən AŞPA-nın üzvü, bizim ailədən olan iki ölkə Türkiyə və Macarıstan Azərbaycana qarşı qəbul edilmiş qeyri-obyektiv qətnaməyə öz kəskin etirazlarını bildirib və AŞPA-ya bununla bağlı məktub ünvanlayıblar. Fürsətdən istifadə edib qardaşlarımıza təşəkkürmü bildirirəm”, - S.Seyidov vurğulayıb.

Zaur Mirzə