“Qalatasaray” - “Fənərbağça” qarşılaşması ilə bağlı Azərbaycana – Rəsmi müraciət

-qalatasaray-fenerbagca-qarsilasmasi-ile-bagli-azerbaycana-resmi-muraciet-
Oxunma sayı: 649

“Qalatasaray” və “Fənərbağça” komandaları arasında bu il avqustun 11-də Türkiyə Superkuboku uğrunda keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Federasiyası AFFA-ya rəsmi məktub ünvanlayıb. “Qafqazinfo”nun AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş olunub.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı da superkubokun Bakıda keçiriləcəyi ilə bağlı xəbər yaymışdı.