“Səhnəyə kişi sifətli müğənni lazımdır”

-sehneye-kisi-sifetli-mugenni-lazimdir
Oxunma sayı: 650

Bu iddialı açıqlamanı “Qafqazinfo”ya müğənni Orxan Babazadə verib. “Bəzən tədbirlərdə elə müğənniyə rast gəlirsən ki, insan salam verməyə lap xəcalət çəkir. Metrlərlə uzaq gəzəsən ki, belələrinin üzünü görməyəsən”. Orxan xalq artisti Nisə xanım Qasımova ilə iş birliyindən də danışıb. “Türkiyədə sənət babası kimi tanınan Orxan Gəncəbaydan sonra mənə yeganə dəstək Nisə xanımdan gəldi. Nisə xanım doğrudan da böyük sənətkar və səmimi bir insandır. Şou-biznesin sirlərini elə şou biznesin yaradıcısından öyrənmək lazımdır. Hazırda bütün işlərimi Nisə xanımın prodakşını ilə görürəm. Orxan Gəncəbayın mahnısı ilə yanaşı “Sən mənim gözəlimsən” adlı mahnımın remix variantını da hazırlanır. Yaxın günlərdə inşallah onu da görəcəksiniz”.