“Sabah” müntəzəm mövsümü lider kimi bitirdi

sabah-muntezem-movsumu-lider-kimi-bitirdi
Oxunma sayı: 574

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XVIII turuna start verilib. “Qafqazinfo” xəbər verir ki, günün yeganə matçında “Sabah” və “Xəzri” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzindəki qarşılaşma “Sabah”ın qələbəsi ilə bitib - 77:65.

Qələbə sayəsində xallarının sayını 33-ə çatdıran “Sabah” müntəzəm mövsümü birinci pillədə başa vuracaq. “Xəzri” 31 xalla ikincidir.

Qeyd edək ki, turun digər qarşılaşmaları aprelin 25-28-də gerçəkləşəcək.