105 milyonluq transfer sıradan çıxdı - 2 ay oynamayacaq

105-milyonluq-transfer-siradan-cixdi
Oxunma sayı: 2106

İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, La Liqanın 4-cü turunda “Xetafe”ni səfərdə 2-1 məğlub etdiyi matçda zədə alan Usman Dembelenin durumunun ciddi olduğu müəyyənləşib.

İspaniya mətbuatının yaydığı xəbərə görə, katoloniyalıların yeni transferi bu gün tibbi müayinədən keçib və onun 2 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, Dembele yay transfer dönəmində 105 milyon avro qarşılığında “Borussiya Dortmund”dan “Barselona”ya transfer olunmuşdu.