11 iranlı qadından Alişana - Evlilik təklifi

11-iranli-qadindan-alisana
Oxunma sayı: 3454

Türkiyənin tanınmış müğənnisi Alişan İrana gedərək restoranlardan birinin açılışında iştirak edib.  “Qafqazinfo” xəbər verir ki, beş saatdır ki, məkanda olan müğənnini özəl təhlükəsizlik xidmətinin əməkdaşları və Tehran polisi qoruyub. 

Alişan iranlı xanım pərəstişkarları ilə görüşüb, onlarla fotolar çəkdirib.  11 iranlı qadından evlilik təklifi alan sənətçi təəccübləndiyini gizlətməyib. 

Bundan əlavə, Alişan illər sonra İrana gedən ilk türk ifaçısı olaraq tarixə düşüb və o, bir neçə ay sonra orada konsert proqramı ilə çıxış edəcəyini açıqlayıb.