12.9 milyardlıq məhsul

129-milyardliq-mehsul
Oxunma sayı: 644

“Qafqazinfo” Statistika Komitəsinin saytına istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 6,6 milyard manat və ya ÜDM-in 51,3 faizini təşkil edib, neft-qaz hasilatı və istehsalı sahələrində isə 4,0 faiz azalıb. ÜDM-in 52,3 faizi sənayedə, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 7,8 faizi tikintidə, 8,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,8 faizi informasiya və rabitə xidmətlərində, 12,9 faizi sosial və digər xidmət sahələrində istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə ÜDM-in 6,4 faizini təşkil edib.
Bu dövrdə tikintidə əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 25,9 faiz, informasiya və rabitə xidmətlərində 12,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,5 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda isə 4,4 faiz artıb.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə həcmi 1399,6 manat (1783,4 ABŞ dolları) təşkil edərək 1,7 faiz artıb.