15 yaşlı qızı qaçıran həbs olundu

15-yasli-qizi-qaciran-hebs-olundu
Oxunma sayı: 2061

Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın qaçırılması ilə bağlı cinayət işi başlanıb.

Bərdə rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 12-də Bərdə rayon Polis Şöbəsinə rayonun Şorəlli kənd sakini 2003-cü il təvəllüdlü Natavan Süleymanovanın (ad, soyad şərtidir) qaçırılması barədə məlumat daxil olub. 

Fakta görə rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Natavan Süleymanovanın Bərdə şəhər sakini, 1999-cu il təvəllüdlü Habil İsmayılov tərəfindən oğurlanmasında əsaslı şübhələr olduğundan sonuncu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.