15,3 Milyard manatlıq xidmət göstərilib

153-milyard-manatliq-xidmet-gosterilib
Oxunma sayı: 676

Dövlət Statistika Komitəsindən “Qafqazinfo” ya verilən məlumata görə, istehlak bazarı üzrə real artımın 75,4 faizi pərakəndə ticarət, 4,9 faizi iaşə fəaliyyəti, 19,7 faizi isə pullu xidmətlərin hesabına təmin edilib.

Cari ilin doqquz ayında pərakəndə ticarət və iaşə dövriyyəsinin həcmi 2010-cu ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 11,6 milyard manata, pullu xidmətlərin həcmi 7,4 faiz artaraq 3,7 milyard manata bərabər olub.

Hesabat dövründə istehlak bazarı üzrə ümumi artımın 99,0 faizi özəl sektorun fəaliyyəti sayəsində yaranıb. Özəl şəbəkələrdə satılmış istehlak mallarının və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 10,2 faiz üstələyərək 14,3 milyard manat təşkil edib.

Nigar Məmmədli