164 dəfə sürətli - “Bakcell”

164-defe-suretli-bakcell
Oxunma sayı: 773

Şirkətin mətbuat xidmətindən Qafqazinfoya daxil olan məlumata görə, bu gün “Bakcell” şirkəti mobil internetin ən yüksək sürətini Azərbaycanın 62 şəhərində aktivləşdirib. İndi Bakcell abunəçilərinin mobil telefonunda internetin sürəti 2G texnologiyasından 164 dəfə sürətlidir.

“Bakcell” şirkətinin şəbəkəsi hələ gələcəkdə tətbiq ediləcək 3.9G HSPA+ yüksək sürətli genişzolaqlı mobil internet xidmətlərini də dəstəkləyir. Bakcell-in 3.9G HSPA+ texnologiyası 3G standartının ən sürətli 42 Mbps Dual Carrier Downlink (ikiqat daşıyıcı rabitə xətti) vasitəsilə çox təsirli göstəricilərə malikdir.

Qeyd etmək lazımdır ki, 3G texnologiyası vasitəsilə “Bakcell” abunəçiləri Azərbaycanın bütün şəhərlərində sürəti 14.4 mbit/s qədər, Bakı şəhərində və Azərbaycanın bəzi rayonlarında isə 21 mbit/s və 28 mbit/s qədər olan genişzolaqlı mobil internetdən istifadə etmək imkanı əldə edəcəklər. Bu isə sadə şəkildə o deməkdir ki, mobil internet 2G texnologiyasından 164 dəfə sürətli olacaq.

42 Mbps Dual Carrier Downlink mobil genişzolaqlı sürət, abunəçilərə video zəng etmək, mobil telefondan HD (Yüksək Dəqiqlik) formatında fayllar ötürmək, tam HD formatında televiziyaya baxmaq imkanı yaradacaq.

Bundan əlavə, “Bakcell” şirkəti ən son 4G LTE mobil genişzolaqlı texnologiyanın inteqrasiyasını planlaşdırır və bunun üçün müvafiq lisenziyaların verilməsini gözləyir.

“Bakcell”-in 3G xidmətləri hazırda ölkənin 62 şəhərini əhatə edir və şirkət 2012-ci ildə mobil genişzolaqlı internet xidmətlərini Azərbaycanın kənd və şəhərətrafı ərazilərinə qədər genişləndirmək niyyətindədir.