166 Yükdaşıma və Logistika şirkətindən möhtəşəm layihə

166-yukdasima-ve-logistika-sirketinden-mohtesem-layihe
Oxunma sayı: 1402

2012-ci ildən fəaliyyət göstərən 166 Yükdaşıma və Logistika şirkəti artıq Azərbaycanda brend kimi formalaşıb. 

“Qafqazinfo” xəbər verir ki, şirkətin brend kimi formalaşmasında işçi qüvvəsinin 90%-nin gənclər təşkil etməsi böyük rol oynayır.

Gənclərlə iş məsələsinə daim önəm verən 166 Yükdaşıma və Logistika şirkəti bu il ilk dəfə həyata keçirilən “166 Logistika Akademiyası” təcrübə proqramını elan edib.

Təcrübə proqramına 1000-ə yaxın gənc müraciət edərək imtahan və müsahibə mərhələlərinə dəvət alıblar. Hər bir mərhələni yüksək göstəricilərlə tamamlayan 45 gənc isə təcrübə proqramında iştirak etmək hüququnu qazanıb.

1 iyul– 1 sentyabr tarixlərində gənclər şirkətin müxtəlif departamentlərində təcrübə əldə edəcəklər.

Son olaraq onu da qeyd etmək lazımdır ki, 166 Yükdaşıma və Logistika şirkətinin qapıları daim istedadlı gənclərə açıqdır. Vakansiyalarımızı və elanlarımızı 166.az saytından daim izləyin və müraciət edin.