20 yaşlı müğənni öldü - Fotolar

20-yasli-mugenni-oldu
Oxunma sayı: 3271

Cənubi Koreylı 20 yaşlı tanınmış müğənni Kim Cin Su avtomobil qəzasında həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni sürət magistralında hərəkət edən zaman idarəetməni itirib və avtomobili yol kənarındakı maneəyə çırpıb. Qəza zamanı maşında sürücü ilə bərabər sərnişin də ölüb.  

Kim Cin Su "Always Remember" mahnısı ilə məşhurlaşmışdı. Bəstə 2014-cü ilin aprelin 16-da batan "Sevol" bərəsində ölən 290 nəfərə həsr olunmuşdu.

Xatırladaq ki, martda məşhur koreyalı müğənni "100%" qrupunun lideri 33 yaşlı Co Min Vu vəfat edib. Ondan bir neçə ay öncə isə "SHİNee" rok qruunun üzvü Kim Con Hen intihar edib.