226 min insan təxliyyə olunub

226-min-insan-texliyye-olunub
Oxunma sayı: 639

Çin hökuməti Çzilin vilayətinin 226 mindən çox sakinini daşqınlar səbəbindən təxliyyə edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Məlumata görə, təbii fəlakət ümumilikdə 513 min insana təsir edib.

Günlərlə davam edən güclü yağış səbəbindən onlarla yaşayış məntəqəsi, 130 min hektar əkin sahəsi və 19,3 min ev dağılıb.

Hesablamalara görə, təbii fəlakət nəticəsində 12,5 milyard yuan (1,8 milyard dollar) iqtisadi ziyan dəyib.