263 ailə “Özünədəstək” layihəsinə cəlb olunub

263-aile-ozunedestek-layihesine-celb-olunub
Oxunma sayı: 640

Onlardan 79 559-u 2012-ci ildə yardım təyin edilən, 39 573-ü ilk dəfə ünvanlı yardım təyin olunan, 110 062-i isə dövlətdən ilk dəfə yardım alan ailələrdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, ünvanlı dövlət sosial yardımı alan ailələrdə 306 308 nəfər yaşı 18-dək olan, 9 669 nəfər 1 yaşadək olan ailə üzvləridir. Həmin ailələrdə sağlamlıq imkanları məhdud 18 yaşınadək ailə üzvlərinin sayı 9 764 nəfər, üzrlü səbəblərə görə işləməyən əmək qabiliyyətli ailə üzvlərinin sayı 59 926 nəfər təşkil edir. Yardım təyin olunan ailələrdən 58 627-i 3 və daha çox uşağı olan, 666-ı tərkibində müharibə əlili olan, 18 059-u tərkibində digər səbəblərdən əlil olan, 12 552-i məcburi köçkün, 39-u isə şəhid ailələridir. Ayda orta hesabla hər ailəyə 110,26 manat, hər ailə üzvünə isə 24,78 manat ünvanlı yardım ödənilir. Ünvanlı yardım alan ailələrdən 99,7 faizi yardımı plastik kart vasitəsi ilə alır. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılıb.
Aztəminatlı ailələrin potensialları nəzərə alınmaqla aktiv sosial müdafiə proqramlarına cəlb olunması yolu ilə onların özünütəminetmə imkanlarına malik olması üçün “Özünədəstək” layihəsinin icrası işləri uğurla davam etdirilir.
Artıq ölkənin 13 rayonu üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrdən 263 ailə seçilərək “Özünədəstək” layihəsinə cəlb olunub. Layihənin bütün ölkədə tətbiqi nəzərdə tutulur.

Nigar Məmmədli