3 otaqlı ev yanıb

3-otaqli-ev-yanib
Oxunma sayı: 699

Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfoin” FHN-nin saytına istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Bitişik digər evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​