30 yaşlı azərbaycanlı qaçqın afrikalıları bıçaqladı

30-yasli-azerbaycanli-qacqin-afrikalilari-bicaqladi
Oxunma sayı: 1721

Almaniyanın Bavariya torpağının Fürstensell şəhərində qaçqınların yaşadığı düşərgədə kütləvi dava baş verib.
 
“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, yerli polisin press-relizində bildirildiyinə görə, hadisə oktyabrın 14-də baş verib.

Azərbaycandan gəlmiş 30 yaşlı kişi otaq yoldaşlarına bıçaqla zərbələr endirib. Nəticədə, 18 yaşlı efiopiyalı qız və digər qaçqınlar yaralanıb.
 
Polis azərbaycanlı qaçqını saxlayıb.