32 vakant yerə ümumi müsahibə elan edilib

32 vakant yerə ümumi müsahibə elan edilib
Oxunma sayı: 877

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid olan 58 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilir. 

“Qafqazinfo” xəbər verir ki, müsahibədə iştirak etmək üçün qeydiyyat 2019-cu il 14 iyun tarixinə qədər davam edəcək.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında şöbə müdiri, İqtisadiyyat Nazirliyinin Aparatında şöbə müdiri və dövlət orqanı rəhbərinin müşaviri, inzibati vəzifələrin 6-cı təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyində regional bölmənin rəhbərinin müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 6 vəzifə, Maliyyə Nazirliyində 21 vəzifə, İqtisadiyyat Nazirliyində 3 vəzifə, Hesablama Palatasında 1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 32 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi