373-cü görüş - “Qalatasaray”-“Fənərbağça”

373-cu-gorus-qalatasaray-fenerbagca
Oxunma sayı: 645

Bu əzəli və əbədi rəqabətin başlanğıcı 1909–cu il yanvarın 17-ə təsadüf edir. Həmin vaxt ilk derbidə 2-0 hesabı ilə “Qalatasaray” qələbə qazanıb. O vaxtdan bəri 372 dəfə qarşılaşan tərəflərdən ən çox “Fənərbaxça” qələbəni bayram edib. Belə ki, “Fənər” 141 dəfə qalib gəlibsə,”Qalatasaray” 118 dəfə qələbə sevinci yaşayıb. 113 oyun isə heç-heçə başa çatıb. Qolların fərqində də “Fənərbaxça” öndədir, 521 dəfə “Qalatasaray”ın qapısına yol tapan “Fənər” bunun əvəzində qapısından 473 qol buraxıb. Derbidə ən böyük hesablı qələbə isə “Cim- Bom”a məxsusdur. 1911-ci il fevralın 12-də, “Qalatasaray” rəqibinin meydanında 7-0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, 2011-2012-ci il mövsümünün son turunda “Qalatasaray” “Şükrü Saracoğlu”da 0-0 hesablı heç – heçə edərək çempion olub və elə həmin stadionda Türkiyə Super Liqasının kubokunu qaldırıb.

İqbal