4 rus ABŞ-da həbs edildi - FTB-dən əməliyyat

4-rus-abs-da-hebs-edildi
Oxunma sayı: 1292

ABŞ-da çirkli pulların yuyulmasında və sui-qəsd törətməkdə ittiham edilən 4 Rusiya vətəndaşı həbs edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nyu-Yorkdakı konsulluğu da məlumatlandırılıb.

Məlumata görə, həmin 4 nəfər ayrı-ayrılıqda 1 və 3 avqust arasında həbs ediliblər. Onlar Bostonda saxlanılaraq Nyu-Yorka köçürülüblər.

Rusiya diplomatları vəziyyəti xüsusi nəzarətdə saxladıqlarını bildiriblər.