41 yaşlı kişini “tok” vurub öldürdü

41-yasli-kisini-tok-vurub-oldurdu
Oxunma sayı: 1647

Ağdam sakini bədbəxt hadisə nəticəsində ölüb. 

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə köçkünlər üçün salınmış Təzəkənd qəsəbəsində baş verib.
 
Qəsəbə sakini, 41 yaşlı Fərzalı Əliyev avtomobil yuyulması məntəqəsinə gəlib maşınını yumaq istəyərkən onu elektrik cərəyanı vurub.
 
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, F.Əliyev həkimlər gələnə kimi dünyasını dəyişib.