4G modemləri satışa çıxarılıb

4g-modemleri-satisa-cixarilib
Oxunma sayı: 655

Azercell Telekom MMC-nin 4G modemləri satışa çıxarılıb. Azercell abonentləri 4G modemini Bakıdakı Azercell Ekspres ofisləri, həmçinin diler şəbəkələrindən əldə edə bilərlər. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, 4G modeminin qiyməti 149 manatdır. Bir aylıq limitsiz internet paketinin qiyməti isə 45 AZN (ƏDV daxil) təşkil edir. Lakin Azercell abonentlərə ilk ay üçün limitsiz internet paketini pulsuz təqdim edir.
4G sürətli mobil internetə çıxış imkanı yaradan modern texnologiyadır. Şəbəkənin köməyilə saniyədə 100 Mb sürətə çatmaq mümkündür. Hazırda 4G texnologiyası dünyanın çox az ölkəsində tətbiq edilir. Bakıda Azercellin 4G şəbəkəsi dənizkənarı Milli Park daxil olmaqla şəhərin mərkəzi hissələrini, insanların daha çox toplaşdığı məkanları əhatə edir. Bu ərazilərə Crystal Hall, Dənizkənarı Milli Park, Elmlər Akademiyası metro stansiyası, Natavan Plaza, Pedaqoji Universitet, Azərbaycan Milli Dram Teatrı, Kempinski oteli, Nəriman Nərimanov heykəlinin yerləşdiyi ərazi aiddir.
İlin sonuna kimi Azercell şəbəkəni genişləndirmək, daha çox məkanı əhatə etməyi planlaşdırır.

Nigar Məmmədli