5 il əvvəl “Gilan”dan 130 min oğurlayan saxlanıldı

5-il-evvel-gilandan-130-min-ogurlayan-saxlanildi
Oxunma sayı: 2006

 2014-cü ilin fevral ayında Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Gilan Plastik” Məhdud Məsuliyyətli Cəmiyyətin ofisindən oğurluq edən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, içərisində 2270 ABŞ dolları və 130 min 692 manat olan dəmir seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılıb. Həmin şəxs ofisin küçə tərəfində yerləşən plastik pəncərəni qırıb içəri daxil olub.

Murad Əhməd