51 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

51-yasli-futbolcu-ile-yeni-muqavile-imzalandi
Oxunma sayı: 1932

Dünyanın ən yaşlı professional futbolçusu Kazuyoşi Miura Yaponiyanın 2-ci liqa təmsilçisi “Yokohama FC” ilə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, 26 fevralda 52 yaşını qeyd edəcək hücumçu daha 1 il yaşıl meydanlarda qalacaq.

Miura bildirib ki, neçə yaşında olmasından asılı olmayaraq hər zaman böyük istəklə oynayacaq.

O, professional karyerasında 34-cü mövsümünü keçirəcək.