60 min avro oğurlayana 9 il həbs verildi

60-min-avro-ogurlayana-9-il-hebs-verildi
Oxunma sayı: 1094

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqdirləndirilən Fuad Zeynalova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə F.Zeynalov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.

Zərərçəkmiş Qədir Əliyev bildirib ki, evindən oğurluq edən Fuad Zeynalov baldızının kürəkənidir. O deyib ki, 10 ildən artıq Almaniyada yaşayıb və orada alman dili müəllimi işləyib. 

Murad Əhməd